İranda prezident seçkiləri ərəfəsində bağlanmış "Face book" saytı fəaliyyətini yenidən bərpa edib. Bu barədə BBC Farsi xəbər saytı məlumat yayıb.
Mayın 24-də prezidentliyə namizəd Mir Hüseyn Musəvinin tərəfdarlarının öz namizədlərini dəstəkləmək məqsədi ilə aktiv istifadə etdikləri "Face Book" saytı İran dövləti tərəfindən bağlanmışdı. Ölkədə internet istifadəçiləri tərəfindən saytın bağlanmasına qarşı etirazlardan sonra sayt öz fəaliyyətini yenidən bərpa edib. Musəvinin 5400 tərəfdarı "Face Book"da aktiv təbliğat aparırmış.
İranda növbəti prezident seçkiləri iyunun 12-də keçiriləcək. Hazırda dörd namizəd rəqabət aparır: hazırkı prezident Mahmud Əhmədinejad, sabiq Baş nazir Mir Hüseyn Musəvi (Hossein Mousavi), eks-spiker Mehdi Kərrubi və İran İnqilabçıları Korpusunun sabiq rəhbəri Möhsün Rizayi (Mohsen Rezaee).