Azərbaycan, Bakı, 27 may / Trend , müxbir C.Babayeva /
İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami 28 may - Respublika Günü münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib.
"Bu gün, Azərbaycanın səadət və müstəqilliyi yolunda dönüş nöqtəsi sayılır və Azərbaycanın müstəqilliyi İran dövləti və xalqının arzusu və həmişəlik istəyidir", - çərşənbə günü İran səfrinin təbrik məktubunda deyilir.
Səfir iki ölkənin dövlət başçılarının sayəsində gələcəkdə daha səmərəli və faydalı əməkdaşlıq əlaqələrinə malik olacağına əminliyini bildirib. "Hər iki ölkənin milli mənafeyinə əsaslanan mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf və tərəqqi sahəsində yeni-yeni nailiyyətlər əldə olunacaq", - təbrik məktubunda deyilir.
İranlı diplomat Azərbaycan dövləti və xalqına günbəgün artan səadət və başucalığı diləyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]