...

Gürcüstanda Respublika Günü azərbaycanlı millət vəkillərinin iştirakı ilə qeyd olunacaq

Siyasət Materials 27 May 2009 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may / Trend , müxbir C.Babayeva /

Azərbaycanın millət vəkilləri Respublika Günü münasibətilə Gürcüstandakı Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirlərə qatılacaq.  

Tədbirdə iştirak etmək üçün millət vəkilləri Gültəkin Hacıbəyli, Tahir Rzayev və Fazil Mustafa mayın 28-də Tbilisiyə yola düşəcəklər, çərşənbə günü Milli Məclisin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Deputatlar, həmçinin Tbilisidə təsis olunan Azərbaycan Ziyalılarının İctimai Birliyinin, eləcə də Gürcüstanda Azərbaycan dilində yeni nəşrə başlayan həftəlik "Varlıq" qəzetinin təqdimat mərasimlərində iştirak edəcəklər. Millət vəkillərinin səfəri mayın 30-da başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti