...

Azərbaycan hərbçilərinin kütləvi zəhərlənməsinə səbəb olan Kalininqrad istehsalı balıq konservi istifadəyə yararlı olub- Orduya İctimai Nəzarət Qrupunun üzvü

Siyasət Materials 28 May 2009 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may / Trend , müxbir K.Zərbalıyeva / Bakının Qaradağ rayonunda yerləşən Qaraheybət Ümumqoşun Təlim Mərkəzində baş verən kütləvi zəhərlənmə zamanı əsgərlərin yediyi balıq konservi istifadəyə yararlı olub.

"Konservləşdirilmiş balıq Kalininqradda istehsal olunub. "Skumbriya" adlanan balıq konservinin istifadə müddəti gələn ilin fevralına qədərdir" Trend -un məlumatına görə, cümə axşamı bu barədə jurnalistlərə Milli Orduya İctimai Nəzarət Qrupunun üzvü, deputat Aydın Mirzəzadə bildirib.

Trend -un arayışı: Mayın 27-nə keçən gecə Bakının Qaradağ rayonunda yerləşən Qaraheybət Ümumqoşun Təlim Mərkəzində ötən axşam kütləvi qida zəhərlənməsi baş verib.  Təlim Mərkəzindən 164 əsgər müayinə üçün Hərbi Klinik Hospitala gətirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, hərtərəfli müayinədən sonra 158 əsgər xidməti yerlərinə qaytarılıb.

6 əsgərdə isə bəzi xəstəliklər müşahidə olunduğundan əlavə müayinə və müalicəyə cəlb edilib və onların vəziyyətləri kafidir.    

Təlim Mərkəzində qida zəhərlənməsi ilə bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Təlim Mərkəzi 2004-cü ildən fəaliyyət göstərməyə başlayıb. Burada bütün qoşun növlərinin kiçik komandir heyəti hazırlanır. Hərbi hissədə 3-6 ay ərzində təlimlər keçirilir.

Mirzəzadə bir qrup jurnalistlə mayın 28-də kütləvi zəhərlənmə baş vermiş Bakının Qaradağ rayonunda yerləşən Qaraheybət Ümumqoşun Təlim Mərkəzində olub. 

Deputatın sözlərinə görə, təlim mərkəzinin anbarı ilə tanış olublar. "Ərzaqlar standartlara uyğun saxlanılır. Təlim Mərkəzində hərbçilərin saxlanma və qidaların qorunması ilə yaxından tanış olduqdan sonra müəyyən olundu ki, heç bir narahatçılığa ehtiyac yoxdur" Mirzəzadə əlavə edib.

Trend -un arayışı: Ötən ilin oktyabr ayında Azərbaycan ordusunda "dedovşina" faktları aşkarlandıqdan sonra Müdafiə Nazirliyi, millət vəkilləri və QHT nümayəndələrinin təmsil olunduğu Orduya İctimai Nəzarət Qrupu yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti