Azərbaycan, Bakı, 29 may / Trend , müxbir C. Babayeva /
Bakının Qaradağ rayonunun Qaraheybət hərbi tədris-təlim mərkəzində kütləvi halda qidadan zəhərlənmədən sonra müalicəyə cəlb olunan Azərbaycan hərbçiləri xəstəxanadan buraxılıblar.
"Altı hərbçi artıq hərbi hissəyə qaytarılıb", - deyə cümə günü Trend -a Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib.
Mayın 27-də gecə Bakının Qaradağ rayonunun Qaraheybət hərbi tədris-təlim mərkəzində qidadan kütləvi zəhərlənmə baş verib. Çərşənbə axşamı 164 əsgər Hərbi Mərkəzi Kliniki Hospitala çatdırılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend -a bildirildiyinə görə, ilk tibbi yardım göstərildikdən sonra 158 nəfər hərbi hissəyə qaytarılıb.
6 əsgərdə isə bəzi xəstəliklər müşahidə olunduğundan əlavə müayinə və müalicəyə cəlb edilib və onların vəziyyətləri kafidir.
Əsgərlərin kütləvi qida zəhərlənməsi faktı ilə bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Məq7alə müəllifi ilə əlaqə ünvanı: [email protected]