...

Azərbaycanda bələdiyyələrin sayının azaldılması üçün qanun qəbul olunub

Siyasət Materials 29 May 2009 17:56 (UTC +04:00)

Azərbaycan, Bаkı, 29 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamentində bəzi bələdiyyələrin birləşməsi haqqında qanun qəbul olunub.

"Azərbaycanda fəaliyyət göstərən bir sıra bələdiyyələrin adları olsa da, özləri faktiki yoxdur, onların nə işlə məşğul olduğu məlum deyil. Ona görə də bələdiyyələrin birləşməsi məsələsi çox aktualdır", - Trend -un məlumatına görə, cümə günü Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.

Rəhimzadə deyib ki, hazırda ölkədə 2757 bələdiyyə fəaliyyət göstərir. "Birləşmə prosesindən sonra onların sayının 1766-ya enməsi gözlənir. Bizdə olan məlumatlara görə, təqribən 1500-ə yaxın bələdiyyənin birləşməsi nəzərdə tutulur", - komitə sədri əlavə edib.

Azərbaycanda bələdiyyə institutu 1999-cü ildə yaranıb və o zaman 2765 bələdiyyə fəaliyyət göstərirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti