...

Londonda Azərbaycan Kinosu və Musiqisi məlumat bazası yaradılıb

Siyasət Materials 1 İyun 2009 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyun / Trend , müxbir C.Babayeva /

Londonda "Azərbaycan Evi" Mədəniyyət və Dostluq Mərkəzində Azərbaycan Kinosu və Musiqisi məlumat bazasının yaradılması layihəsinin rəsmi təqdimetmə mərasimi keçirilib.

Layihə Azərbaycan-Britaniya Məzunları İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Britaniyada Fəal Azərbaycanlı" adlı layhənin tərkib hissəsi kimi reallaşdırılıb. Bu barədə Trend -а Azərbaycanın Britaniyadakı səfirliyindən bildiriblər.

Layihənin keçirilməsində əsas məqsəd Britaniyada Azərbaycanlı icmasının milli mədəniyyət nümunələri ilə yaxından tanışlığı və milli irsimizin zəngin nümunələrinə birbaşa çıxış imkanlarının genişləndirilməsidir. Bu çərçivədə milli kino və musiqilərin yazıldığı çoxsaylı DVD-lər "Azərbaycan Evi"nə təqdim edilmişdir.

Tədbirdə çıxış edən Azərbaycanın Britaniyadakı səfiri Fəxrəddin Qurbanov belə bir layihənin həyata keçirilməsini yüksək qiymətləndirərək ümid etdiyini bildirib ki, "Azərbaycan Evi"ndə yaradılan bu məlumat bazasından ölkədə yaşayan bütün icma nümayəndələri istifadə edəcəklər və milli mədəniyyətin mühüm tərkib hissəsi olan kino və musiqilərlə daha da yaxından tanış olmaq imkanı əldə edəcəklər. O, xaricdə yaşayan azərbaycanlı icmasının dəstəklənməsinin dövlətin daim diqqətində olduğunu və bu istiqamətdə zəruri olan bütün dəstəyin bundan sonra da göstəriləcəyini vurğulayıb. O, eyni zamanda gələcəkdə bu kimi layihələrin həyata keçirilməsində səfirliyin müvafiq dəstək göstərəcəyini əlavə edib.

 

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti