...

Britaniya kral ailəsinin üzvü Azərbaycana səfər edəcək

Siyasət Materials 1 İyun 2009 12:07 (UTC +04:00)
Britaniya kral ailəsinin üzvü Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 1iyun / Trend , müxbir E.Тariverdiyeva /

"Britaniya kral ailəsinin üzvü, York Hersoqu, şahzadə Endryu Azərbaycana səfər edəcək", - Trend -a Böyük Britaniyanın Bakıdakı səfirliyindən məlumat verilib. Səfər iyunun 2-də baş tutacaq.

"Şahzadə Endryu iyunun 2-də Bakıda açılan "Neft və qaz" sərgisində iştirak edəcək", - mətbuat xidmətinin əməkdaşı deyib.

York hersoqu Britaniyanın beynəlxalq ticarət və sərmayələr üzrə xüsusi nümayəndəsidir.

Xəzər regionunun neft və qaz sahəsində ən böyük hadisəsi olan "Neft və qaz" beynəlxalq sərgisi və konfransı "Neft və qaz, neft emalı və neft kimyası" Caspian Oil and Gas - iyunun 2-5-i arasında Bakıda, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçiriləcək.

Sərgiyə rəsmi dəstəyi Azərbaycan Sənaye və Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Fondu verir. Sərginin təşkilatçıları qismində Britaniyanın ITE Group şirkəti və onun Qafqazdakı tərəfdaşı Iteca Caspian şirkəti Azərbaycanın Ticarət-sənaye palatası ilə birlikdə çıxış edir.

Bu il sərgidə 30 ölkədən 400-dən çox şirkətin iştirakı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti