...

Bakı şəhər prokurorluğu ötən ayın sonunda baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

Siyasət Materials 1 İyun 2009 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Bakı şəhər prokurorluğu ötən ayın sonunda baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Prokurorluğun mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, mayın 29-da Mərdəkan qəsəbəsində Hüseynov Musa Əlihüseyn oğlunun yaşadığı evin həyətində meyiti tapılıb.

Meyitin müayinəsi zamanı Hüseynovun odlu silahla qəsdən öldürülməsi müəyyən edilib.

Faktla bağlı Əzizbəyov rayon prokuroru tərəfindən Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1) və qanunsuz olaraq odlu silah saxlama (228.1) maddələri ilə cinayət işi başlanıb.

Rayon Polis İdarəsi ilə birgə aparılan tədbirlər nəticəsində Abşeron rayonunun Xırdalan qəsəbəsində qeydiyyatda olan və orada daimi yaşayan, əvvəllər məhkum olunmuş Zeynalov Ələkbər Həmid oğlu cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb, üzərinə baxış keçirilərkən ondan qanunsuz olaraq gəzdirdiyi "Makarov" tipli tapança, içərisində 9 mm kalibrli 8 ədəd patron olan bir ədəd daraq və eyni ölçülü 4 ədəd patron aşkar edilib götürülüb.

Müəyyən edilib ki, mayın 29-da Zeynalov şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Hüseynovu qisas almaq niyyəti ilə üstündə gəzdirdiyi "Makarov" markalı odlu silahdan bir neçə atəş açaraq yaşadığı evin həyətində qəsdən öldürüb.

Zeynalov şübhəli şəxs qismində istintaqa verdiyi ifadəsində həmin gün Hüseynovu öldürdüyünü etiraf edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti