...

Braziliya Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır – səfir

Siyasət Materials 1 İyun 2009 20:56 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Braziliyanın yeni səfiri Paolo Antonio Pereyru Pintunun etimadnaməsini təqdim edilməsi ilə əlaqədar qəbul edib, XİN-in məlumatında deyilir. 

Səfirin sözlərinə əsasən, Braziliya Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır.

Azərbaycanın xarici işlər naziri Braziliya hakimiyyət orqanlarının Bakıda səfirliyinin açılması qərarını yüksək qiymətləndirib, bunun eyni zamanda ikitərəfli münasibətlərin inkişafı üçün müsbət addım atmağa xidmət göstərəcəyinə əminliyini bildirib.

Məmmədyarov iki ölkənin siyasət, turizm və mədəniyyət sahələrində geniş imkanlarından söhbət açıb, Braziliya və Azərbaycanın diplomatik akademiyaları arasında əlaqələrin qurulmasının və gənc diplomatlar arasında təcrübə mübadiləsinin səmərəliliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti