...

Azərbaycandan nümayəndə heyəti İrana səfər edib

Siyasət Materials 2 İyun 2009 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir T.Cəfərov /  

Azərbaycandan 8 nəfərlik nümayəndə heyəti İrana səfər edib. Nümayəndə heyətinin tərkibinə tanınmış ziyalılar, jurnalistlər, Elmlər Akademiyasının üzvləri daxildir, мəlumatı İranin Bakıdakı səfirliyinin mətbuat katibi Abbas İskəndəri Trend -a bildirib.

Nümayəndə heyəti İmam Xomeyninin vəfatının 20-ci ildönümü ilə bağlı tədbirdə iştirak edəcək. Onlar İranın Məşhəd və Qum ziyarətgahlarını da ziyarət edəcəklər.

Xomeyni 1979-cu ildə inqilab edərək İranda şah rejiminin yıxılmasına nail olub. Hər il onun vəfatının ildönümü mərasimində bir çox müsəlman ölkələrindən çox sayda qonaqlar iştirak edir. Bu il iyunun 4-də İmam Xomeyninin ölümünün 20-ci ildönümü münasibətilə keçirilən mərasimlərdə dünyanın 47 ölkəsindən 900 nəfərə yaxın qonaq ştirak edir.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti