...

Nüvə silahının yayılmaması Sarkozi ilə İranın XİN rəhbəri arasında danışıqlar zamanı əsas mövzu olacaq

Siyasət Materials 3 İyun 2009 18:58 (UTC +04:00)
Nüvə silahının yayılmaması Sarkozi ilə İranın XİN rəhbəri arasında danışıqlar zamanı əsas mövzu olacaq

Azərbaycan, Bakı, 3 iyun / Trend müh. D.Xatınoğlu /

Nüvə silahının yayılmaması Nikolya Sarkozi ilə İranın XİN rəhbəri arasında danışıqlar zamanı əsas mövzu olacaq.

"Fransa Prezidenti Sarkozi və İranın xarici işlər naziri Mənuçöhr Möttəki arasında danışıqların əsas mövzusu nüvə silahının yayılmaması olacaq", -  Trend -a telefonla Fransa Prezidentinin mətbuat katibi Pyer Rejen deyib.

Onun sözlərinə görə, həmçinin regional məsələlər müzakirə ediləcək.

Möttəki Fransaya bu gün gəlib. Fransa Prezidenti ilə yerli vaxtla 17.30-da başlayacaq danışıqlardan sonra iranlı nazir həmkarı Bernar Kuşnerlə görüşəcək.

ABŞ və bir sıra digər ölkələr İranın sülh nüvə proqramı adı altında nüvə silahını hazırlamaq istəyindən şübhələnir. BMT Təhlükəsizlik Şurası beş qətnamə qəbul edib və üç dəfə İranın üzərinə sanksiyalar tətbiq edərək bu ölkədən uranın zənginləşdirilməsi işlərindən imtina etməyi tələb edib.

Aprelin əvvəlində "altılıq" İranın milli təhlükəsizlik yüksək şurasının katibi Səid Cəlilini Aİ Şurasının Baş katibi Havyer Solana və "altılıq" nümayəndələri ilə görüşə dəvət edib.

Ancaq ölkə Prezidenti Mahmud Əhmədinejad bildirib ki, Tehran iyunun 12-də keçiriləcək prezident seçkilərinə qədər danışıqları bərpa etmək fikrində deyil. Bununla yanaşı, o əlavə edib ki, İran "öz proqramını MAQATE-dən kənarda müzakirə etməyəcək".

Fransa XİN rəsmi nümayəndəsi Erik Şavalye çərşənbə axşamı bildirib ki, Paris hələ də Tehranın "altılığ"ın təklifinə cavabını gözləyir. Onun sözlərinə görə, bununla yanaşı, Fransa və İran dialoqu "səmərəli" hesab edir.

Xəbər lenti

Xəbər lenti