...

Müxalifət liderləri Gürcüstanın ombudsmanı ilə görüşüblər

Siyasət Materials 3 İyun 2009 21:05 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 iyun / Trend , müxbir N.Kirtsxaliya / 

"Gürcüstan naminə Alyans"-ın nümayəndələri Manana Naçkebiya, Pikriya Çixradze və Sofo Xorquani bu gün ombudsman Sozar Subari ilə görüşüb. 

Onların məlumatına əsasən, görüşün əsas məqsədi müxalifət fəallarına qarşı siyasi təqiblər barədə dəlillərin Ombudsman Aparatına  verilməsidir.

Görüşdə də deyildiyi kimi, xüsusilə öz fikirllərini azad şəkildə ifadə edən fəalların ciddi siyasi təqibləri gedir. Onlar zorakılığın qurbanına çevrilir və həbs edilirlər.

"Yeni sağçılar"-ın iki üzvü Buba və Baxva Kikabidzelər Samtsxe-Cavaxetiya əyalətinin polis əməkdaşları tərəfindən etiraz aksiyalarında fəal iştiraklarına görə saxlanılıblar. Eləcə də iyunun əvvəlində həmkənliləri ilə birgə kəndin mərkəzində olan Kikabidze qardaşlarını oğurlayaraq Cip markalı maşınla polis binasına aparıblar. Bundan sonra onları guya asayişi pozduqlarına görə 100 lari məbləğində cərimələyiblər.

Müxalifət nümayəndələri bu cür hərəkətlərə etirazlarını bildirirlər.

Manana Naçkebiyanın sözlərinə görə, hər hansı bir regionda bu tip hallar qeydə alınarsa, müxalifət liderləri və onların tərəfdarları həmin bölgəyə gedərək etiraz aksiyaları keçirəcəklər. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti