...

Azərbaycan Türkdilli Dövlətlərin Parlament Assambleyasını türk xalqlarının tarixində yeni dövrün başlanğıcı hesab edir

Siyasət Materials 4 İyun 2009 14:03 (UTC +04:00)
Azərbaycan Türkdilli Dövlətlərin Parlament Assambleyasını türk xalqlarının tarixində yeni dövrün başlanğıcı hesab edir

Azərbaycan, Bаkı, 04 iyun / Trend , müxbir A.Hüseynbala /

Türkdilli Dövlətlərin Parlament Assambleyasının fəaliyyəti türk xalqlarının birgə fəaliyyətinə ciddi təsir göstərəcək.

"Assembleyanın fəaliyyəti türk xalqlarının tarixində yeni dövrün başlanğıcıdır", - Trend -un məlumatına görə, bunu cümə axşamı Türkdilli Dövlətlərin Parlament Assambleyasına üzv ölkələrin parlament aparatları rəhbərlərinin (baş katiblərinin) Bakıda keçirilən görüşündə çıxışı zamanı Azərbaycan Parlamentinin Aparat rəhbəri Səfa Mirzəyev deyib.

Trend -un arayışı: Bu gün türkdilli parlamentlərinin aparat rəhbərlərinin Bakıda keçirilən iclasında Türkdilli Dövlətlərin Parlament Assambleyasının Bakıda keçiriləcək növbəti toplantısının sentyabrın 28-29-da olması barədə razılıq əldə olunub.

Milli Məclisdə keçirilən görüşdə Türkiyə, Qırğızıstan, Qazaxıstan və Azərbaycan parlamentləri aparatlarının rəhbərləri iştirak ediblər. Parlament Assambleyasına üzv olan ölkələrdən Özbəkistan və Türkmənistan parlamentləri aparatlarının rəhbərləri Bakıya gəlməyiblər.

Bakıda keçirilən iclasda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev assambleyanın Baş Katibliyinin ofisinin Bakıda yerləşməsini təklif edib. Təklif müsbət qarşılanıb.

Ötən il İstanbulda keçirilən türkdilli dövlətlərin parlament başçılarının konfransı çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Dövlətlərin Parlament Assambleyasının təsis edilməsi barədə razılıq əldə olunub. Tədbirdə Özbəkistan və Türkmənistan iştirakdan imtina edib.

Mirzəyevin sözlərinə görə, assambleya türk dövlətlərində mövcud olan problemlərin birgə həllində öz töhfəsini verəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti