...

Dağıstanın daxili işlər naziri Adilgəray Maqomedtahirov qətlə yetirilib (ƏLAVƏ)

Siyasət Materials 5 İyun 2009 20:07 (UTC +04:00)
Dağıstanın daxili işlər naziri Adilgəray Maqomedtahirov qətlə yetirilib (ƏLAVƏ)

Dağıstanın daxili işlər naziri milis general-leytenantı Adilgəray Maqomedtahirov Mahaçqalada qətlə yetirilib, bu barədə Rusiya DİN-dən RİA Novosti-yə bildirilib.

Maqomedtahirov Dağıstan DİN-ə 1998-ci ildən rəhbərlik edirdi.

"Dağıstanın daxili işlər naziri Maqomedtahirov sui-qəsd nəticəsində aldığı yaralardan xəstəxanaya aparılarkən dünyasını dəyişib", - deyə RİA Novosti-yə Rusiya DİN-in yüksək rütbəli nümayəndəsi bildirib.

Nazir ürək nahiyəsindəki yaralardan dünyasını dəyişib, RİA Novosti-yə Respublika Travmatologiya mərkəzinin baş həkimi bildirib.

Nazirə Mahaçqalanın cənubundakı "Marrakeş" banket zalında toy şənliyi zamanı sui-qəsd olunub. "Əvvəlcə bildirilmiş məlumatlara əsasən, snayper yaxınlıqdakı binanın damından atəş açıb", - RİA Novosti-yə Cənub Federal Dairəsinin güc strukturlarındakı mənbələrdən telefonla bildirilib. Nazir və DİN-in bir neçə yüksək rütbəli zabitləri kafedən küçəyə çıxmış, onları 9 mərtəbəli binanın yuxarı mərtəbəsindən və ya damından snayper güllələmişdir. Hadisə Moskva vaxtı ilə saat 13.00-da baş verib. "Marrakeş"də qızının toyunun qeyd edən DİN-in vergi cinayətləri ilə mübarizə idarəsinin rəisi Əbdülcabbar Maqomedov yaralanıb.

Xəstəxanaya DİN-in beş əməkdaşı gətirilib. Üç zabitin rütbəsi və vəzifəsi, eyni zamnda onların vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur. 

Maqomedtahirov 1956-cı ildə Dağıstanın Qonoda-Qunibsko kəndində anadan olub. Milis orqanlarına 1978-ci ildən daxil olub. 1983-1988-ci illərdə SSRİ DİN Minsk ali milis məktəbinin müdavimi olub. 1998-ci ildən 1992-ci ilədək cinayət axtarışı üzrə müstəntiq olub. Mahaçqala Sovet DİN Rayon Şöbəsinin cinayət axtarışı orqanlarında çalışıb. 1992-1994-cü illərdə şöbə rəisi, Dağıstan cinayət axtarış idarəsinin rəis müavini vəzifələrində çalışıb. 1994-1998-ci illərdə Dərbənd Mahaçqala DİN Rayon Şöbəsinin rəisi vəzifəsində fəaliyyət göstərib. Respublikanın əməkdar hüquqşünasıdır. Hökümət mükafatları və şəxsi silahla təltif olunub.

Xəbər lenti

Xəbər lenti