...

Azərbaycan və İtaliya arasında əməkdaşlıq genişlənir – səfir

Siyasət Materials 10 İyun 2009 10:49 (UTC +04:00)
Azərbaycan və İtaliya arasında əməkdaşlıq genişlənir – səfir

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir S.Ağayeva /

İtaliyanın Baş naziri Silvio Berluskoni Azərbaycana səfərə hazırlaşır, bu barədə çərşənbə axşamı Azərbaycanın İtalyadakı səfiri Emil Kərimov bildirib. 

Hər iki ölkə İtaliyanın Baş nazirinin Azərbaycana səfəri çərçivəsində imzalanacaq bir sıra layihələr üzərində işləyir.

"Səfərin həyata keçirilməsi payıza planlaşdırılır, lakin dəqiq tarix hələ dəqiqləşdirilməyib", - deyə səfir bildirib.

Berluskoninin Bakıya səfəri hələ noyabrda Azərbaycan Prezidenti İlaham Əliyevin İtaliyaya səfəri çərçivəsində razılaşdırlıb.

Bakıda ikitərəfli beynəlxalq əməkdaşlığın aktual məsələlərinin müzakirə olunacağı gözlənilir.

2009-cu ilin birinci mərhələsində Azərbaycan ixracının böyük həcmi İtaliyanın payına düşüb. Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sözügedən dövr ərzində Azərbaycandan İtaliyaya 763,3 milyon dollar dəyərində məhsul ixrac olunub. Bu isə ixracın ümumi həcminin 30,75 faizini təşkil edir. Bu ölkəyə əsasən neft və neft məhsulları ixrac olunur. 2009-cu ilin birinci mərhələsində Azərbaycanın İtaliyaya ilə əmtəə mübadiləsi 788,5 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti