...

Gürcüstanın müdafiə naziri NATO-nun nazirlər görüşündə iştirak edəcək

Siyasət Materials 11 İyun 2009 11:25 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 iyun / Trend , müx. N.Kirtsxalia /

Gürcüstanın müdafiə naziri David Sixarulidze NATO ölkələrinin müdafiə qurumları rəhbərlərinin görüşündə iştirak edəcək.

Gürcüstanın Müdafiə Nazirliyindən bildiriblər ki, görüş iyunun 11-12-də Brüsseldə baş tutacaq.

Əsas müzakirə obyekti NATO-nun Əfqanıstanda sülhməramlı əməliyyatları olacaq. Tərəflər həmçinin alyansın üzv-ölkələri və tərəfdaşları arasında əməkdaşlığın istiqamətlərini müzakirə edəcəklər.

Gürcüstanın müdafiə nazirinin çıxışı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti