...

Müxalifət BMT-nin Tbilisidəki nümayəndəliyi qarşısında etiraz aksiyası keçirib

Siyasət Materials 11 İyun 2009 17:20 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Yüzlərlə müxalifətçi bu gün BMT-nin Tbilisidəki nümayəndəliyi qarşısında etiraz aksiyası keçirib. Aksiya "Gürcüstan Milli Forumu" tərəfindən təşkil olunub, lakin ona digər müxalifət partiyaları da qoşulub.

Aksiya iştirakçıları BMT-nin "Gürcüstanın ərazi bütövlüyünün tənəzzülünü qəbul edən" baş katibinin siyasətinə etiraz ediblər. Aksiya iştirakçıları hesab edirlər ki, Abxaziyadakı vəziyyətlə bağlı məruzəsində Pan Gi Mun Abxaziyanı Gürcüstan ilə əlaqələndirməyib.

Aksiyanın təşkilatçılarından və "Milli Forum"un liderlərindən biri olan Qubaz Sanikidzenin bildirdiyi kimi, hazırda Rusiya Gürcüstanı Kosovaya görə cəzalandırır. "Biz üç il bundan əvvəl bildirmişdik ki, Kosovanı tanımaq olmaz, belə ki, ABŞ və Rusiya dünyanın bölüşdürülməsinə başlayıblar və püşk atırlar. ABŞ Kosovanı tanıdı və indi Rusiya ona Gürcüstandakı separatçıların tanınması ilə cavab verir. Buna mütləq son qoyulmalıdır, gürcü xalqı öz taleyini özü həll etməlidir və ona bu işdə BMT yardımşi olamlıdır", - deyə Sanikidze qeyd edib.

Aksiya dinc xarekter daşıyıb və heç bir asayiş pozuntusu qeydə alınmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti