...

Bu gündən etibarən Tbilisidə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Siyasət Materials 16 İyun 2009 16:35 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 16 iyun / Trend , müxbir N.Kirtsxalia /

Gürcüstanın Mədəniyyət, Abidələrin Qorunması və İdman Nazirliyinin təşkilatçılığı ilə Tbilisidə bu gündən etibarən Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.  Nazirlikdən Trend -a bildirildiyi kimi tədbir üç gün ərzində keçiriləcək.  

Həmin günlərdə Gürcüstana 89 qonaq rəsmi səfər edəcək. 

Tədbir çərçivəsində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin səfəri planlaşdırılıb. O, Gürcüstanın mədəniyyət naziri Nikoloz Rurua ilə görüşəcək.

Azərbaycanlı ifaçılar Tbilisinin Opera və Balet Teatrında qala konsert proqramı ilə çıxış edəcəklər. Azərbaycanın müasir rəssamlarının sərgisi "Kavraslada", Azərbaycan Dövlət Pantomim Teatrının tamaşaları isə Marcanaşvili teatrında keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti