...

İranda müxalifət matəm mitinqi keçirəcək

Siyasət Materials 18 İyun 2009 10:40 (UTC +04:00)
İranda müxalifət matəm mitinqi keçirəcək

İrandakı prezident seçkilərində İslahatçılar düşərgəsindən prezidentliyə namizəd Mir Hüseyn Musəvi öz tərəfdarlarını matəm mitinqi keçirməyə çağırıb. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat yayıb.

Musəvi öz tərəfdarlarını bazar ertəsi keçirilən mitinq zamanı 8 nəfərin həlak olması ilə əlaqədər cümə axşamı qara paltar geyinərək məscidlərdə və digər dini mərasimlər keçirilən yerlərdə toplaşmağa səsləyib.

Prezidentliyə namizəd Musəvinin tərəfdarları seçkilərdə çox sayda saxtakarlıq halları olduğunu bildirirlər. Son günlərdə İranda Musəvinin minlərlə tərəfdarı iyunun 12-də keçirilən prezident seçkilərinin nəticələrinə etiraz olaraq icazəsiz aksiyalar keçiriblər. Bazar ertəsi keçirilən mitinq zamanı polis və mitinq iştirakçıları arasında toqquşma baş verib. Polis mitinq iştirakçılarına atəş açıb. Hadisə nəticəsində 8 nəfərin öldüyü bildirilir. Hələlik ölənlərin kimliyi açıqlanmayıb, lakin bu gün keçiriləcək mitinqdə ölənlərin şəkillərinin mitinq iştirakçıları tərəfindən nümayiş etdiriləcəyi və onların adlarının açıqlanacağı ehtimal olunur.  

Xəbər lenti

Xəbər lenti