...

Azərbaycanın İranla sərhədində külli miqdarda narkotik vasitə aşkarlanıb

Siyasət Materials 23 İyun 2009 15:07 (UTC +04:00)

Azərbaycan, Lənkəran 23 iyun / Trend , müxbir P.Əliyeva /

Azərbaycanın cənubunda İranla sərhəddə 17 tondan artıq yabanı halda bitmiş xaşxaş kolu məhv edilib.

Trend -un məlumatına görə, Yardımlı rayon polis şöbəsinin əməkdaşları Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizəsi İdarəsinin Cənub Regional şöbəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə olan bitki aşkar edilib.

Yardımlı rayon polis şöbəsinin rəisi Şamil Seyidli bildirib ki, Yardımlının İranla həmsərhəd Arvana kəndi ərazisində Əlvan deyilən yerdə 200 hektar sahədə 17 ton 600 kq yabanı halda bitmiş xaşxaş kolu yığılaraq məhv edilib.

Bu, Yardımlıda "Xaşxaş 2009" adı altında keçirilmiş ikinci əməliyyatdır. Birinci əməliyyatda 9 tona yaxın xaşxaş məhv edilib.

Faktla bağlı hazırda təhqiqat qrupu tərəfindən araşdırmalar aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti