...

Gürcü pravoslav kilsəsinin nümayəndə heyəti Moskvaya yola düşüb

Siyasət Materials 30 İyun 2009 13:41 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Bu gün səhər Gürcü pravoslav kilsəsinin rəsmi nümayəndə heyəti Moskvaya yollanıb. Nümayəndə heyətinə Gürcüstan Patriarxatının xarici şöbəsinin sədri, Zuqdidi və Tsaiş mitropoliti Gerasim (Şaraşenidze) rəhbərlik edir.

Nümayəndə heyətinə həmçinin arximandrit David (Çinçarauli), protoiyerey Qiorqi Xarazaşvili, Gürcüstan Ensiklopediyasının elmi redaktoru Zurab Abaşidze daxil olublar.

Rusiya paytaxtına səfərin gedişində nümayəndə heyətinin üzvlərini Moskva və Ümumrusiyanın Müqəddəs Patriarxı Kirill qəbul edəcək. Həmçinin Moskva Patriarxatının xarici kilsə əlaqələri üzrə şöbəsinin sədri arxiyepiskop İllarion Volokolamski ilə də danışıqlar keçiriləcək.

Mitropolit Gerasimin bildirdiyinə görə, Moskvadakı görüşlərin gedişində qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti