...

Məshəti türklərinin Gürcüstana repatriasiyası üçün ərizələrin verilmə müddəti iki ayadək uzadılıb

Siyasət Materials 30 İyun 2009 15:55 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 iyun / Trend , N.Kirsxaliya /

Məshəti türklərinin Gürcüstana repatriasiyası üçün ərizələrin qəbulu müddəti iki ayadək uzadılacaq. Müvafiq qanunvericilik təklifi ilə parlamentin Beynəlxalq münasibətlər komitəsi çıxış edib.

Qanun layihəsinə əsasən, ötən əsrin 40-cı illərində köçürülmüş məshəti türklərinin repatriasiyası üçün ərizələrin qəbulunun son tarixi 2009-cu ilin iyulun 1-i əvəzinə 2009-cu il oktyabrın 1-dək uzadılıb.  

Qanuna sözügedən dəyişiklik artıq ikinci dəfədir tətbiq edilir. Qanunun ilkin variantına əsasən, müddət 2009-cu il fevral ayının 1-də bitməli idi, lakin ərizələrin qəbulu üzrə son tarix iyulun 1-dək uzadılmışdı.

Beynəlxalq münasibətlər komitəsi müddətin uzadılmasının səbəbi kimi Gürcüstana qayıtmaq istəyən məshəti türklərinin təyin olunmuş tarixədək ərizələri təqdim edə bilməməsi göstərilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti