...

Aİ-nin ali nümayəndəsi İranda təyyarə qəzası nəticəsində ölənlərin yaxınlarına başsağlığı verib

Siyasət Materials 15 İyul 2009 19:38 (UTC +04:00)
Aİ-nin ali nümayəndəsi İranda təyyarə qəzası nəticəsində ölənlərin yaxınlarına başsağlığı verib

Azərbaycan, Bakı, 15 iyul / Trend , müxbir Y.Ostapenko /

Avropa İttifaqının (Aİ) ümumi xarici siyasət üzrə ali nümayəndəsi Havyer Solana İranda baş vermiş təyyarə qəzasında ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verib. Bu barədə Aİ-nin rəsmi məlumatında deyilir. 

"Mən İranın şimali-qərbində, bortunda 150-dən çox sərnişin olan təyyarənin bu səhər qəzaya uğraması barədə xəbəri dərin kədərlə qəbul etdim. İstərdim ki, bu dəhşətli hadisədə dünyasını dəyişənlərin ailələrinə, eləcə də İran hökumətinə başsağlığı verim", - Solana deyib.

Çəqşənbə axşamı İranın "Caspian Airlines" şirkətinə məxsus Tehrandan Yerevana hərəkət edən təyyarə qəzaya uğrayıb. Təyyarənin bortunda 153 sərnişin və 15 ekipaj üzvü olub. 168 nəfərin hamısı həlak olub. 

MEHR agentliyinin yaydığına görə, təyyarədə texniki nasazlıq baş verib və bundan sonra qəza enişinə cəhdi edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti