...

Gürcüstan leyboristləri parlament müxalifətini prezidentin impiçmenti haqqında tələbi imzalamağa çağırırlar

Siyasət Materials 20 İyul 2009 17:41 (UTC +04:00)
"Gürcüstanın Leyborist partiyası parlament müxalifətini prezidentin impiçmenti haqda tələbi imzalamağa çağırır", - bugünkü mətbuat konfransında partiyanın lideri Şalva Natelaşvili deyib.
Gürcüstan leyboristləri parlament müxalifətini prezidentin impiçmenti haqqında tələbi imzalamağa çağırırlar

Gürcüstan, Tbilisi, 20 iyul / Trend , müxbir N.Kirsxaliya /

"Gürcüstanın Leyborist partiyası parlament müxalifətini prezidentin impiçmenti haqqında tələbi imzalamağa çağırır", - bugünkü mətbuat konfransında partiyanın lideri Şalva Natelaşvili deyib.

"Biz parlament müxalifətindən Saakaşvilinin parlamentdə çıxışı zamanı impiçment haqqında tələbini imzalamağı xahiş edirik. Bu, prezidentə böyük zərbə olacaq və bu, Gürcüstanın hazırkı durumu və gələcəyini müsbətə doğru dəyişə bilər", - o bildirib.

Eyni mətnli impiçment tələblərini leyboristlər bu gün Aİ üzv-dövlətlərinin başçılarına da göndərəcəklər.

"İmpiçment haqqında tələbi beş deputat imzalayıb, - Natelaşvili deyib. - Onlardan dördü Leyborist partiyasını təmsil edir. Biri isə Qiya Saqareişvilidir".

Ölkə qanunvericiliyinə əsasən, tələbi deputatların üçdə biri imzalamalıdır. Ancaq Natelaşvili bildirir ki, parlament müxalifəti tam heyətlə sənədi imzalayarsa, bu, Qərbə "Saakaşvilini dəyişməyin vaxtı çatıb" barədə işarə ola bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti