...

İranın ali rəhbəri Qərb dövlətlərini ölkənin daxili məsələlərinə müdaxilə etməkdə ittiham edib

Siyasət Materials 20 İyul 2009 16:44 (UTC +04:00)
İranın ali rəhbəri Qərb dövlətlərini ölkənin daxili məsələlərinə müdaxilə etməkdə ittiham edib

"İranın düşmənləri ölkənin daxili məsələlərinə müdaxilə etmədiklərini bildirirlər, lakin düşmənlərin müdaxiləsi, xüsusilə də onların KİV-lərinin ölkənin daxili məsələlərinə müdaxiləsi açıq şəkildə görsənir. Bununla yanaşı, Qərbin müdaxilə etməmək iddiası onların "həyasızlığını" göstərir", - İranın ali rəhbəri ayətulla Əli Xameneyi bazar ertəsi "Məbəs" (Sonuncu peyğəmbərin peyğəmbərliyə çatdığı gün) bayramı münasibəti ilə çıxışı zamanı bildirib.

Xameneyi bildirib ki, hegemon ölkələr İranı Orta Şərqdə öz məqsədlərinə çatmaqda əsas maneə kimi görür və bu, İran hökumətinin, xalqının və rejiminin böyüklüyünü göstərir.

"İran xalqının düşmənləri öz KİV-lərindən istifadə etməklə ölkədə hər məsələdən xəbərsiz və qaydanı pozanlara necə gərginlik yaratmağın yollarını öyrədir və sonra iddia edirlər ki, biz İranın daxili məsələsinə müdaxilə etmirik", -deyə o deyib.

Xameneyi bildirib ki, gərginlik yaradanlar və xalq arasında fərq var. Qərb mediyası gərginlik yaradanları xalq adlandırır, lakin xalq seçkilərdə iştirak etmiş milyonlarla insandır, gərginlik yaradanlar deyil. "Hər bir şəxs tutduğu vəzifədən asılı olmayaraq əgər ictimaiyyətdə qeyri-sabitlik yaradarsa və ya qeyri-sabitliyə meyillidirsə, o şəxs İran xalqının gözündə "mənfurdur", - Xameneyi bildirib.

Trend -un arayışı: İyunun 12-də keçirilən prezident seçkilərində İranın hazırkı Prezidenti Mahmud Əhmədinejad səslərin 62,63 faizini, onun əsas rəqibi Mir Hüseyn Musəvi isə səslərin 33,75 faizini toplayıb. Musəvi hökuməti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb. Seçkilərin nəticələrindən narazı qalanların etiraz aksiyası polislə müxalifət tərəfdarları arasında toqquşmaya səbəb olub. Rəsmi məlumata əsəsən, son hadisələrdə 1032 nəfər həbs olunub, 20 nəfər həlak olub. Həbs olunanların əksəriyyəti azadlığa buraxılıb. Qeyri-rəsmi məlumatlara əsasən, 150 nəfər həlak olub. Bir sıra Qərb ölkələri İranda seçkilərdən sonra gərginləşən vəziyyətlə əlaqədar narahatlıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti