...

Azərbaycan və Gürcüstan arasında bir sıra sənədlər təsdiq olunub

Siyasət Materials 23 İyul 2009 13:33 (UTC +04:00)
Azərbaycan və Gürcüstan arasında bir sıra sənədlər təsdiq olunub

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Azərbaycan və Gürcüstan arasında 2009-cu il mayın 20-də Baki şəhərində imzalanmış sənədlər haqqında Sərəncam imzalayıb, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında əqli mülkiyyətin qorunması sahəsində əməkdaşlıq haqqında Saziş, azad ticarət haqqında 1996-cı il tarixli Sazişə dəyişiklik edilməsi haqqında Protokol təsdiq olunub.

Sənədə görə, Azərbaycanın Nazirlər Kabinetinə tapşırılıb ki, bu Sərəncamda göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün. Xarici İşlər Nazirliyinə Sərəncamda göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Gürcüstan Hökumətini xəbərdar etsin.

Xəbər lenti

Xəbər lenti