...

Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yeni tərkibi təsdiq edilib

Siyasət Materials 24 İyul 2009 19:23 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü "Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yeni tərkibinin təsdiq edilməsi barədə sərəncam verib.
Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yeni tərkibi təsdiq edilib

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü "Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yeni tərkibinin təsdiq edilməsi barədə sərəncam verib. Məlumatı AzərTAc Dövlət informasiya Agentliyi yayıb.

Sərəncamla Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi aşağıdakı heyətdə təsdiq edilib:

Komissiyanın həmsədri: nəqliyyat naziri Ziya Məmmədov;

Komissiyanın üzvləri: xarici işlər nazirinin müavini Xələf Xələfov, maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, təhsil nazirinin müavini Elmar Qasımov, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev, Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini Avtandil Babayev və Azərbaycan Respublikasının Latviya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri

Tofiq Zülfüqarov.

Bu sərəncamla "Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2006-cı il 3 oktyabr tarixli Sərəncamının 1-ci bəndi qüvvədən düşür.

Xarici İşlər Nazirliyinə tapşırılıb ki, bu sərəncamın 1-ci bəndində göstərilən Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə Latviya Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

Xəbər lenti

Xəbər lenti