...

Gürcüstanın müxalifət qüvvələri hökumətə qarşı gələcək müqavimət formaları üzrə məsləhətləşmələr aparır - "Vahid Gürcüstan uğrunda hərəkat"ın lideri

Siyasət Materials 27 İyul 2009 20:51 (UTC +04:00)
"Vahid Gürcüstan uğrunda hərəkat"ın lideri Eka Beseliya bildirir ki, müxalifət qüvvələri yeni səfərbəliyə hazırlaşır və "kamera"lar aksiyasının dayandırılması mübarizənin sonu demək deyil.
Gürcüstanın müxalifət qüvvələri hökumətə qarşı gələcək müqavimət formaları üzrə məsləhətləşmələr aparır - "Vahid Gürcüstan uğrunda hərəkat"ın lideri

Gürcüstan, Tbilisi, 27 iyul / Trend , müxbir N.Kirsxaliya /

"Vahid Gürcüstan uğrunda hərəkat"ın lideri Eka Beseliya bildirir ki, müxalifət qüvvələri yeni səfərbəliyə hazırlaşır və "kamera"lar aksiyasının dayandırılması mübarizənin sonu demək deyil.

"Əhalinin etirazı daha çox güclənib, ona görə də yeni qüvvələri səfərbər etmək və yeni mübarizə metodları hazırlamaq lazımdır", - Beseliya jurnalistlərə bildirib.

Onun sözlərinə görə, "kamera" aksiyalarının dayandırılması ilə mübarizənin müəyyən mərhələsi başa çatıb və "hamı başa düşməlidir ki, heç nə, o cümlədən də insan resursu əbədi deyil".

Müxalifətin payızda hansı mübarizə metodlarını bərpa edəcəyini Beseliya açıqlamayıb və qeyd edib ki, müxalifət qüvvələri bu mərhələdə məsləhətləşmələr aparır və öz mövqelərini razılaşdırırlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti