...

Gürcü-osetin münaqişə zonasında mina partlaması nəticəsində bir nəfər ölüb, iki uşaq yaralanıb

Siyasət Materials 30 İyul 2009 20:29 (UTC +04:00)
Gürcü-osetin münaqişə zonasındakı Elkani kəndi yaxınlığında avtomobilin minaya düşməsi nəticəsində bir nəfər ölüb, iki uşaq yaralanıb. Gürcüstan KİV-in məlumat verdiyi kimi, partlayış nəticəsində ailənin atası 24 yaşlı Qoqita Qiqauri ölüb.

Gürcüstn, Tbilisi, 30 iyul / Trend , müxbir N.Kirsxaliya /

Gürcü-osetin münaqişə zonasındakı Elkani kəndi yaxınlığında avtomobilin minaya düşməsi nəticəsində bir nəfər ölüb, iki uşaq yaralanıb. Gürcüstan KİV-in məlumat verdiyi kimi, partlayış nəticəsində ailənin başçısı 24 yaşlı Qoqita Qiqauri ölüb.

Onun iki azyaşlı uşağı xəsarət alıb və Tbilisiyə İaşvili adına klinikaya çatdırılıb. Uşaqlara tibbi yardım göstərilib və həkimlərin fikrincə, onların həyatları üçün təhlükə yoxdur.

Avtomobildə olan anaya isə heç nə olmayıb.

Hazırda Gürcüstanın hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə gediblər və avtomobilin partlamasına səbəb olan partlayıcı qurğunun növünü müəyyənləşdirirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti