...

Azərbaycanlı deputat "Diffamasiya haqqında" qanun layihəsinin ictimaiyyətin müzakirəsinə çıxarılmasını vacib sayır

Siyasət Materials 31 İyul 2009 15:30 (UTC +04:00)
“Bu elə bir layihədir ki, ictimaiyyətin bütün təbəqələri oradakı müddəalara həssas yanaşırlar”, - cümə günü Trend News-a Milli Məclisin və “Diffamasiya haqqında” qanun layihəsini hazırlayan işçi qrupun üzvü Qənirə Paşayeva bildirib.
Azərbaycanlı deputat "Diffamasiya haqqında" qanun layihəsinin ictimaiyyətin müzakirəsinə çıxarılmasını vacib sayır

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamentinin üzvü "Diffamasiya haqqında" qanun layihəsinin ictimaiyyətin müzakirəsinə çıxarılmasını vacib hesab edir.

"Biz layihəni hərtərfli müzakirə etmədən cəmiyyətimiz üçün yeni və çox ciddi bir problemin əsasını qoya bilərik. Bu elə bir layihədir ki, ictimaiyyətin bütün təbəqələri oradakı müddəalara həssas yanaşırlar", - cümə günü Trend -a Milli Məclisin və "Diffamasiya haqqında" qanun layihəsini hazırlayan işçi qrupun üzvü Qənirə Paşayeva bildirib.

Trend -un arayışı: "Diffamasiya haqqında" qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Onu hazırlayan işçi qrupa millət vəkillləri Qənirə Paşayeva, Azay Quliyev, jurnalist təşkilatlarının nümayəndələri, hüquqşünaslar daxildir.

Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutulan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır.

Paşayevanın sözlərinə görə, müzakirə nəticəsində ictimaiyyətin layihə barəsində nə düşündüyü öyrənilməli, tam dəqiqləşdirilməlidir.

"Jurnalistin yazdığı böhtana görə cinayət məsuliyyətinə cəlb olunmayacağını, müəyyən miqdarda cərimə ödəməklə cavabdehlik daşıyacağını cəmiyyətin qəbul edib-etmədiyini öyrənmək lazımdır", - millət vəkili əlavə edib.

Onun fikrincə, bu müzakirələr aparılıb ictimaiyyətin mövqeyi öyrənildikdən sonra layihənin parlamentin müzakirəsinə çıxarılıb-çıxarılmaması məsələsi gündəmə gələ bilər.

"Yadınızdadırsa, Azərbaycanda ölüm hökmünün ləğvi məsələsi çox ciddi müzakirə olunmuşdu. Bəziləri hesab edirdi ki, ölüm hökmünün ləğvi məsələsi ölkədə ağır cinayətlərin sayını artıracaq. Bəzi insanlar isə deyirdi ki, ölüm hökmünün ləğv olunub-olunmamasının cinayətlərin sayının artmasına aidiyyatı yoxdur. O zaman hərtərəfli müzakirələrdən sonra ölüm hökmünün ləğvi mümkün oldu", - Paşayeva qeyd edib.

Millət vəkili deyir ki, "Diffamasiya haqqında" qanun layihəsinin müzakirəyə çıxarılması da çox ciddi məsələdir.

"Çünki qanunun qəbulundan sonra kiməsə böhtan atan jurnalist lazımınca cəzalandırılmadığı üçün böhtana məruz qalan şəxsin həmin jurnalisti cəzalandırması problemi ilə üzləşməməliyik ", - Paşayeva vurğulayıb.

Onun fikrincə, layihənin ictimai müzakirəyə çıxarılmasında jurnalistikanın problemləri ilə məşğul olan bütün jurnalist təşkilatları fəal olmalıdırlar.

Azərbaycanda 3300-dən çох kütləvi infоrmаsyiа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 20-dən yuхarı tеlеkаnаl fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti