...

Azərbaycan prezidenti Rusiya ilə hərbi və hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə ümidvar olduğunu bildirib

Siyasət Materials 1 Avqust 2009 17:27 (UTC +04:00)
Azərbaycan prezidenti Rusiya ilə hərbi və hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə ümidvar olduğunu bildirib

Azərbaycan, Bakı, 1 avqust / Trend /

Azərbaycan prezidenti İlham Əliyev şənbə günü Bakıda olan Rusiya Müdafiə naziri Anatoli Serdyukovu qəbul edib. Bu barədə AzərTAC Dövlət İnformasiya Agentliyi məlumat verib.

"Azərbaycan və Rusiya dövlət başçılarının tapşırığına əsasən, ölkələr arasında hərbi və hərbi-texniki əməkdaşlıq genişlənməkdədir", - Serdyukov deyib.   

Onun sözlərinə görə, bu sahədə əməkdaşlığın perspektivlərinə dair səmərəli fikir mübadiləsinin aparılması baxımından bu səfər əhəmiyyətlidir.

Azərbaycan prezidenti ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb, hərbi və hərbi-texniki sahədə də əməkdaşlığın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev Rusiya Prezidenti ilə keçirdiyi görüşlər zamanı digər sahələr kimi, bu sahədə də əməkdaşlığa dair məsələlərin daim müzakirə olunduğunu deyib.

Xəbər lenti

Xəbər lenti