Gürcüstan, Tbilisi, 07 avqust / Trend , müxbir N. Kirsxaliya /
Bu gün yerli vaxtla saat 15:00-da bütün Gürcüstanda 2008-ci il avqust müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Gürcüstan Prezidentinin dediyi kimi, bu, xalqın birliyinin göstəricisi idi.
Saakaşvili bu aksiyada iştirak edənlərə təşəkkürünü bildirib.
Bir dəqiqəlik sükutdan sonra Gürcüstanın müxtəlif şəhərlərində, həmçinin Tbilisidə Prezident iqamətgahında canlı olaraq Gürcüstanın dövlət himni səsləndirilib.
Saat 15:05-də himndən sonra Gürcüstanın bütün kilsələrində zənglərin səsi eşidildi.
Cümə günü saat 16:00-da Gürcüstanın patriarxı II İlia avqust müharibəsində ölənlərin xatirəsinə cənazə duası oxuyub. Saat 16:00-da həmçinin ölkənin bütün kilsələrində ölənlərin xatirəsinə dualar oxunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]