Azərbaycan, Bakı, 11 avqust / Trend /
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Slovakiya Prezidenti İvan Qaşparoviçə başsağlığı ünvanlayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Prezident İlham Əliyev slovakiyalı həmkarı Qaşparoviçə ünvanladığı teleqramda Handlova şaxtasında baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatından kədərləndiyini bildirib və faciə ilə əlaqədar ona, həlak olanların ailələrinə və bütün Slovakiya xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.