...

Azərbaycanlı jurnalist Abxaziya Ali Şurasının fəxri fərmanı ilə təltif edilib

Siyasət Materials 13 Avqust 2009 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust / Trend /

Azərbaycanlı jurnalist ötən ilin avqust ayında Gürcüstanda baş verən müharibənin ən qızğın nöqtələrində mərdlik, obyektivlik və operativlik nümayiş etdirdiyinə görə fəxri fərmanla təltif edilib.

"Lider TV" teleşirkətinin keçmiş jurnalisti İmran Eyvazov Abxaziya Ali Şurasının fəxri fərmanı ilə təltif olunan jurnalistlərin siyahısında yeganə əcnəbi nümayəndə olub.

Hazırda Eyvazov Azərbaycanın Külevidəki neft terminalının mətbuat xidmətinə başçılıq edir, eyni zamanda azərbaycanlıların yaşadığı Kvemo Kartli rayonu qubernatorunun köməkçisidir.

Xəbər lenti

Xəbər lenti