...

Latviya Respublikasının Prezidentinin Azərbaycana səfəri başa çatmışdır

Siyasət Materials 12 Avqust 2009 23:48 (UTC +04:00)

Latviya Respublikasının Prezidenti Valdis Zatlersin Azərbaycana səfəri çərşənbə günü başa çatmışdır. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycanın və Latviyanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Milli geyimli uşaqlar ali qonağa və xanımına gül dəstəsi verdilər.

Latviya dövlətinin başçısını və xanımını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Vaqif Sadıqov və digər rəsmi şəxslər yola saldılar. 

Xəbər lenti

Xəbər lenti