...

Qırğızstanda terrorizmlə mübarizə məsələsi müzakirə olunur

Siyasət Materials 13 Avqust 2009 18:35 (UTC +04:00)
Qırğızstanda ATƏT ofisinin dəstəyi ilə təşkil olunmuş konfransda terrorizmlə mübarizədə inamın möhkəmləndirilməsi tədbirlərinin hazırlanması və həyata keçirilməsi müzakirə olunur.
Qırğızstanda terrorizmlə mübarizə məsələsi müzakirə olunur

Azərbaycan, Bakı, 13 avqust / Trend , müxbir Y.Ostapenko /

Qırğızstanda ATƏT ofisinin dəstəyi ilə təşkil olunmuş konfransda terrorizmlə mübarizədə inamın möhkəmləndirilməsi tədbirlərinin hazırlanması və həyata keçirilməsi müzakirə olunur. Bu barədə ATƏT-in rəsmi məlumatında deyilir.

"Müzakirələrin əsas məqsədi terrorizm, ekstremizm və radikalizmin qarşısının alınması üçün dövlətin və cəmiyyətin bütün təbəqələrinin birgə işləmə yolları barədə müzakirələr və məsləhətləşmələrin aparılmasıdır", - ATƏT-in Bişkək ofisinin rəhbəri Endryu Tesoryer deyib.

İkigünlük konfrans cümə axşamı İssık-Kulda başlayıb. Konfransın keçirilməsinin təşəbbüskarı Vyanada ATƏT Katibliyinin terrorizmlə mübarizə qrupudur.

Konfrans bu qəbildən üçüncü tədbirdir. Birinci konfrans Bişkəkdə keçən ilin noyabrında keçirilib. İkinci tədbir isə bu ilin aprelində Oş şəhərində baş tutub.

Müzakirələrə 100-dən çox iştirakçı qatılır. Onların siyahısına hökumətin mərkəzi və yerli orqanlarının, işgüzar dairələr və sənaye sektorunun, vətəndaş cəmiyyətinin, dini konfessiyaların, KİV-in, eləcə də beynəlxalq və regional təşkilatların nümayəndələri daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti