...

Azərbaycan Gürcüstanın MDB çərçivəsindən kənar əməkdaşlıq barədə təklifini nəzərdən keçirir - XİN

Siyasət Materials 18 Avqust 2009 12:50 (UTC +04:00)
Bir neçə ay öncə Gürcüstan Müstəqil Dövlətlər Birliyinin katibliyi vasitəsilə xüsusilə Azərbaycan ilə bir sıra çoxtərəfli razılaşmalarada iştirak etmək istəyi ilə təşkilatın üzv dövlətlərinə müraciət edib, çərşənbə axşamı Trend News-a Azərbaycan XİN-in mətbuat xidmətinin başçısı Elxan Poluxov bildirib.
Azərbaycan Gürcüstanın MDB çərçivəsindən kənar əməkdaşlıq barədə təklifini nəzərdən keçirir - XİN

Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir E.Tarıverdiyeva /

Bir neçə ay öncə Gürcüstan Müstəqil Dövlətlər Birliyinin katibliyi vasitəsilə xüsusilə Azərbaycan ilə bir sıra çoxtərəfli razılaşmalarada iştirak etmək istəyi ilə təşkilatın üzv dövlətlərinə müraciət edib, çərşənbə axşamı Trend -a Azərbaycan XİN-in mətbuat xidmətinin başçısı Elxan Poluxov bildirib.

Onun sözlərinə əsasən, Gürcüstan tərəfinin təklifləri Azərbaycan XİN-ə daxil olub və respublikanın müavfiq orqanlarına yönəldilib. "Cavbaların əldə olunması ilə bağlı Gürcüstan tərəfi məlumatlandırılacaq", - Poluxov bildirib.

Onun sözlərinə əsasən, Gürcüstan və Azərbaycan arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda razılaşmalar mövcuddur.

Gürcüstanın MDB tərkibindən çıxması üzrə rəsmi prosedur avqustun 18-də başa çatacaq. Bu barədə bazar ertəsi keçirilən ənənəvi brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini David Calaqaniya bəyan edib.

Gürcüstan XİN avqustun 18-də rəsmi nota ilə, ölkə parlamentinin təşkilatın tərkibindən çıxmaq barədə qərarı ilə bağlı MDB-ni xəbərdar edib. MDB-nin nizamnaməsinə müvafiq olaraq ölkənin təşkilatdan rəsmən çıxması 12 ay davam edir. Beləliklə, rəsmi prosedur sabah başa çatacaq.

"1969-cu ildəki Vyana konvensiyasına müvafiq olaraq, Gürcüstan MDB çəçivəsində, təşkilata daxil olmayan ölkələrə aid olan bir sıra beynəlxalq müqavilələrin yenidən iştirakçısı olaraq qalır", - Calaqaniya bildirib.

Onun sözlərinə əsasən, Gürcüstan MDB üzvləri ilə ikitərəfli formatda əməkdaşlığı davam etdirməyə hazırdır.  

Xəbər lenti

Xəbər lenti