...

Türkiyənin "Buket" gəmisinin dənizçilərinin işinə məhkəmədə cümə günü baxılacaq

Siyasət Materials 21 Avqust 2009 10:42 (UTC +04:00)
Türkiyənin "Buket" gəmisinin dənizçilərinin işinə məhkəmədə cümə günü baxılacaq

Gürcüstan, Tbilisi, 21 avqust / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan sərhədçiləri tərəfində saxlanılan Türkiyənin "Buket" gəmisinin, arasında dörd azərbaycanlının da olduğu dənizçilərinin işinə məhkəmə cümə günü baxacaq, bu barədə Trend -a məhkəmədəki mənbədən bildirilib.

"Buket" tankerinin dənizçilərinin işi Qaqrı şəhər məhkəməsinə verilib. Bu, mühacirətdə olan Abxaziya hakimiyyətinin qanuni orqanıdır. Məhkəmə iclası cümə günü baş tutacaq.

Tankerin kapitanı saxlanılaraq iki ay müddətinə azadlıqdan məhrum edilib. Gəminin özü isə satılacaq. Tankerin ekipajı hazırda gəmidədir.

Gürcüstanın dəniz sərhədçiləri bazar ertəsi Türkiyədən Abxaziyaya yollanan "Buket" gəmisini saxlayıblar. Tankerin ekipajı 17 nəfərdir, onların 13-ü Türkiyə, dördü isə Azərbaycan vətəndaşıdır. Tankerin kapitanı "Gürcüstanın dövlət  sərhədini dəfələrlə pozması və işğal olunmuş ərazilərdə dənizçilik qaydalarının pozulması faktı üzrə" ittiham olunur. Gürcüstan DİN-in məlumatına əsasən, gəmi qaçaqmalçılıq yolu ilə 2 min ton benizn və 700 ton dizel yanacağı daşıyıb.

Xəbər lenti

Xəbər lenti