...

Gürcüstan Brüsseldə Aİ ilə viza rejiminin sadələşdirilməsi üzrə danışıqlar aparır - XİN

Siyasət Materials 24 Avqust 2009 15:24 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 avqust / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın Brüsseldəki nümayəndə heyəti Avropa İttifaqı ilə viza rejiminin və readmissiyanın sadələşdirilməsi üzrə danışıqların üçünücü raundunda iştirak edir.

Ənənəvi bazar ertəsi brifinqində Gürcüstan xarici işlər nazirinin müavini Aleksandr Nalbandovun bəyan etdiyi kimi, Gürcüstanı danışıqlarda nümayəndə heyəti təmsil edir, nümayəndə heyətinə xarici işlər nazirinin müavini David Calaqaniya başçılıq edir.

Nümayəndə heyətinin tərkibinə xarici işlər nazirinin, ədliyyə nazirinin müavinləri, Avropa və Avroatlantika strukturlarına inteqrasiya məsələləri, diaspor məsələsi üzrə dövlət nazirləri, həmçinin qaçqınlar və yerləşdirmə işləri üzrə nazir müavini daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti