...

Bakıda Azərbaycan-Sloveniya danışıqları aparılacaq

Siyasət Materials 24 Avqust 2009 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust / Trend , müxbir S.Ağayeva /

Payızda Bakıda Azərbaycanla Sloveniya arasında yüksək səviyyədə əməkdaşlıq perspektivləri müzakirə olunacaq. Noyabrda Sloveniya Prezidenti Danilo Türkün Bakıya rəsmi səfəri gözlənilir. Bu barədə bazar ertəsi Trend -a Sloveniyanın Azərbaycandakı fəxri konsulu Borut Mequşar deyib.

"Səfərin təşkili işi artıq başlayıb. Səfər zamanı imzalanacaq ikitərəfli sənədlər üzərində iş aparılır", - konsul deyib.

"İki ölkə prezidentlərinin müzakirəsinə siyasi, iqtisadi və humanitar sahədə ikitərəfli əməkdaşlığın bütün sferalarına aid məsələlər daxil olacaq. Səfər zamanı əsas diqqət energetika üzrə əməkdaşlığa yönəldiləcək", - Mequşar deyib.

Sloveniya Prezidentinin Azərbaycana səfəri çərçivəsində Bakıda iki ölkənin işğüzar adamlarının biznes forumunun təşkil edilməsi də planlaşdırılır.

Azərbaycanla Sloveniya arasında mal dövriyyəsi 2009-cu ilin yanvar-may ayları ərzində 26,1 milyon ABŞ dolları təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti