Azərbaycan, Bakı, 25 avqust / Trend , müxbir C.Babayeva /
Azərbaycan gənclər və idman sahəsində Avropa Şurasının ən fəal üzvüdür, bu barədə juranlistlərə çərşənbə axşamı AŞ-nin gənclər və idman işləri üzrə direktoru Ralf-Rene Vaynqertner bildirib.
"Azərbaycan gənclər sahəsində innovasiya tədbirləri təşkil edir və gənclər siyasətində konnkret addımlar atır", - o bildirib.
Cümə axşamı Bakıda AŞ-nin gənclər ilə iş üzrə daimi komitəsinin Yay Məktəbi açılıb. Avqustun 29-na kimi davam edəcək məktəbin təşkilində məqsəd Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsidir.
Vaynqertnerin sözlərinə əsasən, Azərbaycanda gənclər və idman sahəsində təşkil edilən tədbirlər yalnız maraqlı deyil, həmçinin Azərbaycan və Avropa gəncləri üçün vacibdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]