Azərbaycan, Bakı, 25 avqust / Trend Life, müxbir E.Hüseynzadə /
Prezident Kitabxanası ilə birgə Azərbaycanın Mədəniyyət və Turzim Nazirliyi tərəfindən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyəti haqqında "Mədəniyyətimizin və mədəni incilərimizin hamısı" adlı kitab rus dilində ("Культура и культурные шедевры. Азербайджан - уникальное послание будущим поколениям") nəşr edilib. Bu, səkkiz ay öncə Azərbaycan dilində nəşr edilən və təqdim edilən kitabın tərcüməsidir, eyni zamanda kitaba əlavə materiallar da daxil edilib.
"Bu kitabda biz Mehriban Əliyevanın bilavasitə iştirakı ilə həyata keçirilən müxtəlif layihələri, ideyaları əks etdirməyə çalışmışıq", - çərşənbə axşamı M.F.Axundov adına Kitabxanada keçirilən təqdimat mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Onun sözlərinə əsasən, birinci xanımın fəaliyyəti o qədər geniş və çoxplanlıdır ki, uşaqlardan tutmuş yaşlı insanlara kimi - əhalinin bütün təbəqlərini əhatə edir.
Hazırda nazirlikdə kitabın ingilis dilli versiyası üzərində işlər həyata keçirilir. Təqdimat 26 avqust, Mehriban Əliyevanın doğum gününə həsr edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]