Gürcüstan, Tbilisi, 28 avqust / Trend , N.Kirsxaliya /
Gürcüstan və Rusiya patriarxlarının görüşü qeyri-müəyyən müddətə təxirə salınıb. Qafqazla iş üzrə ekspert Areşidze bəyan edib ki, görüşün başqa vaxta keçirilməsinin səbəbi məlum deyil.
O hesab edir ki, Gürcüstan tərəfi Patriarx İkinci İlya ilə Patriarx Kirill arasındakı görüşün başqa vaxta keçirilməsində maraqlı deyildi, ola bilsin ki, bu təşəbbüs Moskvadan gəlib.