...

Azərbaycan Prezidenti ərazi vahidlərinə şəhadətnamələrin verilməsi haqqında əsasnaməyə dəyişikliklərin tətbiqi barədə fərman imzalayıb

Siyasət Materials 31 Avqust 2009 20:02 (UTC +04:00)
Azərbaycan Prezidenti ərazi vahidlərinə şəhadətnamələrin verilməsi haqqında əsasnaməyə dəyişikliklərin tətbiqi barədə fərman imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" qanuna dəyişikliklər və əlavələr edilməsi haqqında" qanunun tətbiq edilməsi barədə fərman imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Nazirlər Kabinetinə iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməsi, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etməsi və bu barədə Azərbaycan Prezidentinə məlumat verməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti