Azərbaycan, Bakı, 01 sentyabr / Trend /
Türkiyə hazırda qonşu Ermənistan ilə sərhədləri açmağı planlaşdırmır, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu iki ölkə arasında diplomatik münasibətlərin qurulması üzrə məsləhətləşmələrin başlanması üçün razılığın əldə olunması məsələsinə şərh verərək bildirib, RİA Novosti xəbər verir.
Bazar ertəsi axşam Türkiyə XİN bildirib ki, Ermənistan ilə İsveçrənin vasitəçiliyi ilə keçirilən danışıqlarda "Diplomatik münasibətlərin qurulması üzrə protokol" və "İkitərəfli münasibətlərin inkişafı barədə protokol"un imzalanmasına dair "daxili siyasi məsləhətləşmələr"in başlanması barədə razılıq əldə olunub.
Siyasi k məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkənin parlamentinə təqdim ediləcək. Bu barədə Türkiyə XİN-in mətbuata məlumatında deyilir.
"Türkiyənin məqsədi qonşuları ilə ən yaxşı münasibətlərdə olmaq və Qafqazda stabilliyin və sülhün təmin edilməsidir", - Davudoğlu NTV teleşirkətinə müsahibəsində bildirib.
Onun sözlərinə əsasən, Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə başlanılan proses "başlanılan prosesin vacib hissəsidir".
Türkiyənin xarici işlər naziri bildirib ki, Ankara "prosesin (Ermənistan ilə münasibətlərin normallaşdırılması) hər bir mərhələsində Azərbaycanın maraqlarını nəzərə alacaq"
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]