...

Nazir Qriqol Vaşadze Azərbaycana səfər edəcək – Gürcüstan XİN

Siyasət Materials 9 Sentyabr 2009 17:48 (UTC +04:00)
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze sentyabrın 14-də işgüzar səfərlə Azərbaycana gələcək. Bu barədə Trend News-a XİN-in mətbuat xidmətindən məlumat verilib.
Nazir Qriqol Vaşadze Azərbaycana səfər edəcək – Gürcüstan XİN

Gürcüstan, Tbilisi, 09 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze sentyabrın 14-də işgüzar səfərlə Azərbaycana gələcək. Bu barədə Trend -a XİN-in mətbuat xidmətindən məlumat verilib.

Gürcüstan XİN-dən məlumat verildiyi kimi, nazir Bakıda görüşlər keçirəcək, lakin görüşlərin detalları hələ dəqiqləşdirilir.

İlkin məlumata görə, Vaşadze azərbaycanlı həmkarı, eləcə də Azərbaycan hökumətinin nümayəndələri ilə görüş keçirəcək. Görüşlərin əsas mövzusu ikitərəfli və regional əməkdaşlıq məsələlərinin müzakirəsi olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti