...

Azərbaycanlı tələbə Pekində çin dili müsabiqəsində üçüncü yerə layiq görülüb

Siyasət Materials 10 Sentyabr 2009 19:58 (UTC +04:00)
Şərqi Çin Universitetiunin tələbəsi azərbaycanlı Aqşin Əliyev avqust ayında Pekində keçirilən "Çin dilinin körpüsü" adlı müsabiqənin ikinci turunda bürünc medala layiq görülüb.
Azərbaycanlı tələbə Pekində çin dili müsabiqəsində üçüncü yerə layiq görülüb

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir Y.Ostapenko /

Şərqi Çin Universitetiunin tələbəsi azərbaycanlı Aqşin Əliyev avqust ayında Pekində keçirilən "Çin dilinin körpüsü" adlı müsabiqənin ikinci turunda bürünc medala layiq görülüb. Bu barədə Azərbaycan XİN-in Azərbaycanın Çindəki səfirliyinə istinadən verdiyi məlumatda deyilir.

Çin dili müsabiqəsi Çində təhsil alan xarici tələbələr arasında keçirilib. Müsabiqə Çin dili və mədəniyyətinin təbliğatı məqsədi daşıyıb. Tədbirin təşkilatçıları Mərkəzi Çin Televiziyası və Konfusi İnstitutu olub.

Yarışın seçmə mərhələsi may ayında başlayıb, üç aylıq mübarizədən sonra dünyanın 5 qitəsindən olan və 42 ölkəni təmsil edən 100-ə yaxın tələbə yarışın yarımfinalına daxil ola bilib.

Qaliblər avqustun 30-da mükafatlandırılıblar və bu, yerli vaxtla 19:30-da CCTV-4 kanalında nümayiş etdirilib. Vətəndaşımızn mükafatlandırılması mərasimində Azərbaycanın Çindəki səfirliyinin əməkdaşları iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti