Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir A.Hüseynbala /
Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri hesab edir ki, məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirakı problemli məsələdir.
"Yerli idarəetmə orqanlarını həmin ərazilərdə yaşayan əhali formalaşdırır. Məcburi köçkünlər isə müxtəlif ərazilərdə məskunlaşdığından, onların öz bələdiyyələrini formalaşdırmaq imkanları yoxdur. Buna baxmayaraq, problemin həlli üçün çalışırıq", - Trend -un məlumatına görə, cümə günü jurnalistlərə MSK sədri Məzahir Pənahov bildirib.
Trend -un arayışı: Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkün yaşayır. Bunlardan 250 mini 1988-92-ci illərdə Ermənistandan qovulan etnik azərbaycanlılar, 50 mini 1992-ci ildə Özbəkistandan qovulan ahıska türkləri və üçüncü ölkədən gələnlər, 600 mini Azərbaycanın işğal olunmuş ərazilərindən gələnlər, 100 mini isə Azərbaycan-Ermənistan sərhədi bölgəsindən gələnlərdir.
Azərbaycanda bələdiyyə seçkisnini dekabrın ortalarında keçirilməsi gözlənilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]