Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /
Rusiyada azərbaycanlını qətlə yetirən şəxslər tutulublar.
Avqustun 19-da Tolyattinin Avtoqrad adlanan ərazisində Revolucionnaya 30 unvanında yerləşən yasayıs binasının qarsısında baş vərən ölüm hadisəsini törədənlər həbs olunub, bu barədə çərşənbə axşamı Trend -a Vasif Ocaqverdiyevin qohumu məlumat verib.
Cinayətkarlar 17, 21 və 22 yaşında sıradan rus gəncləridir. Bu cinayətkarlar Tolyattidə bir həftə ərzində 3 cinayət hadisəsi törədiblər.
Əvvəlcə avqustun 15-də Tacikistan vətəndaşına hücum edərək onu qətlə yetiriblər. Bundan 4 gün sonra isə Azərbaycan vətəndaşı Vasif Ocaqverdiyevi qətlə yetiriblər.
Ocaqverdiyev bir evdə yasadığı dostu Arzu Cəfərovla siqaret almağa cıxmış və evə qayıdarkən yasadıği evin həyətində 3 nəfərin hücumuna məruz qalmısdı.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]